Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi

Texnologiya 21 Sentyabr 2026 13:18
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
WhatsApp kanalımıza abunə olun

2026-cı ilin yazında ABŞ hərbçiləri böyük bir səhvin 1 addımlığından dönüblər.  

Avtosfer.az CNN-ə istinadla xəbər verir ki, Yaxın Şərqdə beynəlxalq sularda hərəkət edən Çinin ticarət gəmisinə hücum planlanıb. Səbəb gəminin guya İranın atom proqramı üçün zəruri avadanlıq daşıması olub. Hətta dəniz qüvvələrinə əməliyyata başlamaq əmri verilib.

Lakin son anda əməliyyata komandanlıq edən şəxs məlumatları təkrar yoxlamaq qərarına gəlib. Məlum olub ki, mərkəzi komandanlığın imzaladığı sənəd süni intellektlə tərtib edilib. Proqram təminatı gəminin yükünü və istiqamətini düzgün müəyyən etməyib. 

Əməliyyat həyata keçirilsə Çinlə ABŞ arasında silahlı münaqişə də ola bilərdi. CNN yazır ki, həyati vacib qərarların süni intellektin səhv məlumatları əsasında verilməsi böyük risk yarada bilər.

Vüqar

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh