Banner

Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT

Texnologiya 16 Oktyabr 2026 18:15
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
WhatsApp kanalımıza abunə olun

Elektron ticarətin inkişafı beynəlxalq poçt və kiçik bağlama daşımalarının əhəmiyyətini artırır. Bu sahə ölkələr üçün yalnız çatdırılma xidməti deyil, həm də tranzit gəlirləri və regional logistika mərkəzinə çevrilmək imkanı yaradır.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı nəqliyyat eksperti Rauf Ağamirzəyev söz sosial media hesabında paylaşıb. O bildirib ki, qlobal kuryer, ekspress və bağlama (CEP) bazarında 2 kq-dan az çəkili bağlamalar 2025-ci ildə bazarın dəyər baxımından 61,69%-ni təşkil edib. Bu göstərici yüngül bağlamaların iqtisadi əhəmiyyətini və elektron ticarət logistikasındakı rolunu nümayiş etdirir.

“Regionda bu istiqamətdə konkret addımlar atılır. Qırğızıstan Pakistanla elektron ticarət göndərişlərinin, EMS xidmətlərinin və Çindən poçt bağlamaları ilə kommersiya yüklərinin avtomobil yolu ilə tranzitinin inkişafı üzrə əməkdaşlıq barədə razılığa gəlib. Bundan əlavə, Qırğızıstanın poçt operatoru Rusiya ilə Avropa İttifaqı ölkələrindən Rusiyaya 30 kq-dək bağlamaların hava və quru yolu ilə çatdırılmasını nəzərdə tutan tranzit marşrutu üzrə də razılaşma əldə edib.

Gürcüstan isə 2026-cı ilin iyulunda “Alibaba Group”un logistika platforması “Cainiao” ilə əməkdaşlıq sazişi imzalayıb. Bu əməkdaşlıq elektron ticarət bağlamalarının Gürcüstanda qəbulu, çeşidlənməsi, konsolidasiyası və region ölkələrinə, o cümlədən Azərbaycana yönləndirilməsini nəzərdə tutur.

Bu nümunələr Azərbaycanın da beynəlxalq poçt və elektron ticarət logistikasındakı imkanlarını qiymətləndirməyi aktuallaşdırır.

Ölkəmizin Şərq–Qərb nəqliyyat dəhlizi üzərində yerləşməsi, Heydər Əliyev Beynəlxalq Aeroportu, Ələt Beynəlxalq Dəniz Limanı və müxtəlif nəqliyyat növlərini əlaqələndirmək imkanları regional logistika mərkəzinin formalaşdırılması üçün əlverişli zəmin yaradır.

Hesab edirəm ki, Azərbaycanın tranzit potensialı yalnız iri həcmli yüklərlə məhdudlaşmamalıdır. Beynəlxalq poçt və kiçik bağlama daşımaları da nəqliyyat-logistika strategiyasında ayrıca istiqamət kimi nəzərdən keçirilməlidir.

Əsas məqsəd beynəlxalq elektron ticarət zəncirlərində Azərbaycanın iştirakını genişləndirmək, yeni tranzit imkanları yaratmaq və ölkəmizin regional logistika mərkəzi kimi mövqeyini gücləndirməkdir”.

Səfər

Oxunub : 82
ŞƏRH YAZ
Ad

E-mail

Şərh