Banner

2016-cı ilin ən yaxşı tankları - SİYAHI

Texnologiya 30 Noyabr 2016 21:00 Oxunub 2336
2016-cı ilin ən yaxşı tankları - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərbi ekspertlər tərəfindən yaxşı qiymət alan döyüş maşınları haqda məlumatları özündə əks etdirir

Yüz ildir ki, dünya dövlətləri tank istehsalı ilə məşğul olur. Amma cəmi bir neçə dövlət bu sahədə uğura imza ata bilib.  Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, 2016-cı ilin ən yaxşı tanklarını təqdim edir. Siyahı xarici hərbi nəşriyyat və bloqlarda nəşr edilən tankların reytinqinə əsaslanır və hərbi ekspertlər tərəfindən yaxşı qiymət alan döyüş maşınları haqda məlumatları özündə əks etdirir.

10. Type 99 A2 (Çin)

http://www.olke.az/uploads5/610x383xChina_shows_new_Z-10_Z-19_helicopters_and_Type_99_MBT_at_international_military_exercises_640_001.jpg.pagespeed.ic.xhEJ9ku7x-.jpg

Son 50 ildə Çin istehsalı tanklar amerika standartlarına görə uğurlu sayılmırdı. Çünki uzun müddət Çin istehsalçıları ya hansısa tank layihəsini oğurlayır, ya da hansısa dövlətin istehsal etdiyi tanka oxşadırdı. Son dövrlər bu tendensiyada dəyişikliklər başladı. Type 99 modeli bu layihələrdən sayılır. Maşın Çinin "NORİNCO" adlı dövlət şirkəti tərəfindən istehsal edilir. İlk dəfə 2001-ci ildə istesal edilsə də, 2009-cu ildə yenilənmiş A2 versiyası istifadəyə verildi.

Type 99 A2 modeli döyüşü idarəetmə sisteminə və rəqəmsal interfeysə malikdir. Eyni zamanda hücum edən raketi axtarıb taparaq məhv edə bilən aktiv müdafiə sistemi ilə də təchiz edilib.

9. BM "Oplot" (Ukrayna)

http://www.olke.az/uploads5/610x266xoplot-m-4.jpg.pagespeed.ic.Rnz1tn8AAy.jpg

SSRİ dağıldıqdan sonra Xarkovda tank istehsal edən zavod Ukraynaya miras qaldı. Bu zavod əsasən T-80 UD tankının istehsalı ilə məşğul idi. Ukraynalı mühəndislər yeni maşın istehsal etmək istədilər və T-80 layihəsinə əsaslanaraq T-84 modelini istehsal etdilər. Yeni tank müəyyən müddətdən sonra BM "Oplot" adlandırıldı. Model o dərəcədə müasirləşdirilib ki, bu gün bazarda satılan ən mürəkkəb maşınlardan sayılır. 125 mm-lik lüləli topla, müxtəlif partlayıcı və zirehdələn sursat, tank əleyhinə raket atan sistemlə təchiz edilib.

Sursat cəmi 8 saniyəyə doldurulur. Hədəfi tapmaq üçün panoram və istilik nişanları var. Eyni zamanda ballistik kompüter sistemi hərəkət zamanı atəş açmağa kömək edir.

8. T-90 AM (Rusiya)

http://www.olke.az/uploads5/610x413xT-90,P27s,P20Latest,P20Avatar-1.jpg.pagespeed.ic.-7-7ZJfeFv.jpg

Bu günə qədər də T-72 tankları bir çox dövlətin hərbi qüvvələrində istifadə edilir. Model o qədər uğurlu alınmışdı ki, müntəzəm olaraq yenilənir. 90-cı illərin otasında T-72nin bazasında yeni T-90 modeli istehsal edildi.

Yeni modelin qülləsi amerika zirehdələn sursata qarşı davamlıdır. Lazer nişanı vasitəsilə hədəf tapılır. Əsas silahı 125 mm-lik topdur.

7. AMX-56 Leclerc (Fransa)

http://www.olke.az/uploads5/xAMX_56_Leklerk_4.jpg.pagespeed.ic.8s6Ew4gVjI.jpg

Leclerc tankları Fransa ordusuna 1992-ci ildə daxil edilib. Mürəkkəb sisteminə görə bir müddət dünyanın ən bahalı tankı sayılıb. 1 dəqiqə ərzində 120 mm kalibrlik topa 12 güllə doldurmaq mümkündür. Rəqəmsal idarə sistemi 6 hədəfi taparaq 30 saniyə məhv etməyə imkan verir. Nişanalma sistemi 4 kilometrlik məsafədə hədəfi tapıb nişan almağa imkan yaradır.

Yeni zirehlə təchiz edilmiş tank raket hücumuna qarşı xəbərdarlıq, tank əleyhinə qumbara və aldadıcı hədəflərə qarşı müasir sistemə sahibdir.

6. Challenger 2 (Böyük Britaniya)

http://www.olke.az/uploads5/Challenger2-Iraq.jpg.pagespeed.ce.gcaUJyjl9a.jpg

1992-ci ildə silahlı qüvvələrə daxil edilib. Çox vaxt onu dünyanın ən yaxşı müdafiə edilən tankı adlandırırlar. Çünki Challenger 2 yüksək keyfiyyətli zirehlə təchiz edilib. Bir çox tanklardan fərqli olaraq 120 mm-lik qısa lüləli topla təchiz edilib ki, bu da yüksək səviyyəli dəqiqliyə imkan yaradır.

Ekipaj üçün kompüter idarəetmə sistemi, informasiya sistemi nəzərdə tutulub.

5. Leopard 2A7+ (Almaniya)

http://www.olke.az/uploads5/610x407xDSC_0319.jpg.pagespeed.ic.RI8YOpzgz6.jpg

Kifayət qədər köhnə tankdır. 1979-cu ildə silahlı qüvvələrə daxil edilib. Bununla belə müntəzəm olaraq modernləşdirilir.

İraqda küçə döyüşlərində tank istifadəsi zamanı yığılan təcrübə yeni modelin istehsalında tətbiq edilib.

120 mmlik topla təchiz edilib. Top müxtəlif sursatlardan atəş aça bilir. Tank eyni zamanda idarə edilən "LAHAT" raket sistemi, lazer sistemi, hədəfi 5 km-də məhv edə bilən sistemlə də təchiz edilib.

4. Type 10 (Yaponiya)

http://www.olke.az/uploads5/610x307xtype-10-6.jpg.pagespeed.ic.23o_w2_aTa.jpg

Müasir hərbi texnikadan söhbət düşəndə çox vaxt Yaponiya yaddan çıxır. Amma nahaq yerə. Yapon mühəndislərin istehsal etdiyi Type 10 modeli 2012-ci ildə istifadəyə verilib.

Tank 120 mm-lik topla, avtomatik güllədolduran sistemlə təchiz edilib. Ekipaj 3 nəfərdən ibarətdir. Ekipaj nanokristal poladla müdafiə edilən bölmədə oturur. Bu bölmə adi poladdan 3 dəfə dözümlüdür.

Type 10 mürəkkəb sistemə malikdir. Döyüş meydanında bu sistem hesabına bir çox tankdan üstündür.

3. Merkava IVm (İsrail)

http://www.olke.az/uploads5/610x406x01758e706a64639ddc5b9180f989831f.jpg.pagespeed.ic.gCa1dgpsIt.jpg

İsrail uzun müddət xaricdən aldığı tanklarla döyüşmək məcburiyyətində qalıb. Amma ölkədə daim hökm sürən müharibə şəraiti yeni Merkava tankının istehsalı ilə nəticələnib. Ekipaj 4 nəfərlikdir və bir neçə əsgər də tanka yerləşə bilər.

Əsas üstünlüyü müdafiədir. Zədələnən zireh qısa müddətə yenisi ilə dəyişdirilə bilər. Tank hərəkət edərkən rəngli tüstü buraxır və döyüş meydanında nəzərə çarpmır. "Thorpy" sistemi ekipajı təhlükədən xəbərdar edir və tankəleyhinə raketləri məhv edir. 120 mm-lik topla təchiz edilib.

2. M1A2 SEPv2 (ABŞ)

http://www.olke.az/uploads5/610x404xc8533fdcc4e2a5a1b749888ecb5095d1.jpg.pagespeed.ic.WkpGAPAvds.jpg

M1 Abrams tankları 1980-ci ildən istifadə edilir. Model müntəzəm olaraq yenilənir və mükəmməlləşdirilir. 120 mm-lik topla təchiz edilib. Abramsın sursatı ən müasir zirehi də dağıda bilər. Müdafiə üçün çoxqatlı poladdan istifadə edilir.

Müasir elektronika ilə təchiz edilib. GPS sistemi də var. Tank uzaqdan da idarə edilə bilər.

1. K2 Black Panther (Cənubi Koreya)

http://www.olke.az/uploads5/610x405xk2_10.jpg.pagespeed.ic.erdS0sm6wt.jpg

1990-cı illərin ortalarında Cənubi Koreya tank istehsal etməyə başladı. "Hyundai" şirkəti tərəfindən K2 Black Panther modeli istehsal edildi.

Xarici görünüşünə görə almanların Leopard2 tankını xatırladır və bu tankların texniki xarakteristikası da oxşardır. K2 alman istehsalı top və 1500 at gücü olan dizel mühərriklə təchiz edilib. Bir dəqiqəyə 10 dəfə atəş aça bilir. Döyüş meydanına nəzarət sistemi dünyanın ən effektli tanklarından birinə çevirir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh