“Ağıllı” yol avtomobillərlə məlumat mübadiləsi edəcək

Ohayo Universitetinin alimləri ABŞ-da “v2i” (vehicle-to-infrastructure) məlumat mübadiləsi texnologiyasını dəstəkləyən ilk “ağıllı” yol inşa edərək tezliklə onun sınaqlarına başlamağı planlaşdırırlar. Avtosfer.az “ICTNEWS”a istinadən xəbər verir ki, texnologiya avtomobilə yol infrastrukturundan müxtəlif informasiyanın ötürülməsini təmin edir. “v2i” sistemlərindən istifadə avtomobil trafikini daha dəqiq idarə etməyə, yolların buraxılış qabiliyyətini artırmağa və yol-nəqliyyat hadisələrinin sayını azaltmağa imkan verəcək. Tablo, yol nişanları və işıqfor ötürücülərindən əldə edilən informasiya sayəsində avtomobil sürücünü marşrut üzrə tıxaclar və ya qəzalar barədə xəbərdar edəcək, eləcə də, optimal dolama yol tapmağa və səfərin vaxtını proqnozlaşdırmağa kömək edəcək. Məlumata görə, hazırda seriyalı avtomobillərdə quraşdırılmayan “v2i” sistemləri perspektivli texnologiya kimi mövcuddur. Alimlər Ohayo ştatında Kolumbus şəhəri yaxınlığında “Route 33” şosesinin bir hissəsini “ağıllı” yola çevirmək qərarına gəliblər. Layihə çərçivəsində 56 kilometr uzunluğunda yol quraşdırılan ötürücülərə sürətli məlumat mübadiləsinə imkan verəcək optik-lif rabitə xətti ilə təchiz ediləcək. Avtomobillərə məlumat göndərəcək və onlardan informasiya qəbul edəcək yaxın hərəkət radiuslu ötürücülər hər 600 metrdən bir quraşdırılacaq. “Ağıllı” şosedə “v2i” sistemi vasitəsilə hansı məlumatların ötürülməsinin nəzərdə tutulması barədə məlumat verilmir.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












