Alimlər əlverişsiz havada naviqasiya üçün lazer tərtib etdilər

Rusiyanın Tomsk Dövlət Universitetinin (TDU) İnnovasiya texnologiyaları fakültəsinin əməkdaşları Bolqarıstanın “PulslightLtd” şirkətinin alimləri ilə birgə çoxdalğalı “MLM-01” lazerini icad ediblər.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.
Lazer metalların – mis, strons, kalsium və barium bromidi buxarlarında işləyir. Onun funksional xarakteristikası aktiv mühitlə müəyyən olunur ki, qurğunun işlədiyi dalğa diapazon da məhz bundan asılıdır. “İş mühiti kimi barium istifadə olunan lazer görünməyən 1,5-3 mikron diapazonunda şüa saçır. Bu cür şüanı qeydiyyat sistemləri yaxşı “görürlər”, lakin şüa pilotun gözünü kor etmir”, - deyə məlumatda bildirilir.
Lazerdən mikroskoplarda və şüa gücləndiricilərində, eləcə də dermatologiyada dəri patologiyalarının müalicəsində istifadə etmək olar.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












