Alimlər insan üzərində cərrahi əməliyyatlar keçirən robot yaradıb

İsveçrəli alimlər məsafədən idarəetmə funksiyasına malik tibbi təyinatlı robotlar yaradıb. Avtosfer.az AMEA-ya istinadən xəbər verir ki, son bir neçə ildə insan orqanizmində müxtəlif manipulyasiyalar həyata keçirə bilən miniatür robotların yaradılması üzrə işlər aparılır. İndi insanın nəzarəti altında hərəkət edən, dərmanları çatdıran və hətta cərrahi əməliyyatlar keçirmək qabiliyyətinə malik mikrorobotlar yaradılıb.
Kiçik ölçülü robot dərman preparatlarını lazımi yerə çatdırmaq, həmçinin yüksək dəqiqlik tələb edən cərrahi əməliyyatlar aparmaq qabiliyyətinə malikdir. Bundan başqa, robotlar, həmçinin elektromaqnit sahəsinin köməyi ilə məsafədən idarəetmə funksiyasına malikdir.
Mikrorobot, hələ ki, sınaqdan keçirilir. Alimlər bildiriblər ki, “biz bir çox amilləri nəzərə almalıyıq. Ən əsası odur ki, biz əmin olmalıyıq ki, pasiyentin bədənində hər hansı əməliyyat aparan mikrorobot neqativ effekt yaratmayacaq”.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












