“Alphabet” sürücüsüz avtomobilləri test etməyə başladı

“Alphabet”in özü idarə olunan avtomobillərin hazırlanması ilə məşğul olan bölməsi – “Waymo” sürücüsüz avtomobillərin şəhər yollarında test edilməsinə başlayıb. Avtosfer.az lent.az-a istinadən yaydığı xəbərə görə, sınaqlara oktyabr ayının sonlarında Arizona ştatının Finiks şəhərində start verilib.
Sınaq zamanı “Waymo” əməkdaşları avtonom “Chrysler Pacifica” avtomobillərinin arxa oturacaqlarında otururlar. Onlar yalnız lazım olduqda avtomobilin təhlükəsiz yerdə dayanması üçün xüsusi düyməni basırlar.
“Waymo”nun baş direktoru Con Krafçik bildirib ki, bu, təkcə yeni məhsulun nümayişi deyil, texnoloji inkişafın yeni mərhələsidir. Hazırda şirkət məhdud ərazidə sınaqlar keçirir, yaxın gələcəkdə isə bütün Finiks şəhəri ərazisində test aparılacaq. Yaxın aylarda “Waymo” bu texnologiyadan “Early Rider” avtomobil çağırma xidmətində istifadə edəcək.
Qeyd edək ki, “Alphabet” özü idarə olunan avtomobil layihəsi ilə 8 il əvvəl məşğul olmağa başlayıb və bu sahəyə 1 milyard dollardan çox sərmayə yatırıb. Ötən il layihə ayrıca şirkətə çevrilib və “Waymo” yaradılıb.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












