"Apple" sürücüsüz avtomobillər üzərində çalışır

ABŞ-ın texnologiya nəhəngi Apple-ın CEO-su Tim Cook, firmanın sürücüsüz avtomobil texnologiyası sahəsində çalışdığını söylədi. Avtosfer.az xəbər verir ki, "Tim Cook", Bloomberg TV-dəki müsahibəsində, firmanın sürücüsüz avtomobil sahəsində çalışdıqları işləri haqqında məlumat verib. Sözü gedən texnologiyanın Apple üçün əsas olduğunu vurğulayan Cook, “Biz, avtomatik sistem texnologiyasına köklənmişik. Bu texnologiya bütün süni zəka layihələrinin ən vacibidir. Üzərində çalışdığımız ən çətin süni zəka layihəsi olduğunu söyləyə bilərəm” ifadəsini səsləndirdi. Cook, avtomatik sistem texnologiyalarının üç sinifə üzrə inkişaf etdiyini vurğulayaraq elektriklə işləyən avtomobillərin, sürücüsüz avtomobil texnologiyasının və xüsusi avtomobil sahiblərinin taksilik etməsinə imkan yaradan mobil tətbiqlərin paralel inkişaf etdiyini qeyd etdi. Applen-ın 2014-cü ildə başlayan “Titan Layihəsi” (Project Titan) adıyla bilinən sürücüsüz avtomobil texnologiyası proqramında hal hazırda təxminən min mühəndisin çalışdığı təxmin edilir. Aprel ayında ABŞ-ın Kaliforniya əyalətində “sürücüsüz avtomobil texnologiyası” testləri üçün icazə alan Apple, bu əyalətdə icazələri olan Volkswagen, Mercedes Benz, BMW, General Motors, Ford, Nissan və Honda kimi dünya avtomobil nəhəngləri və Google, Tesla, Uber kimi texnologiya şirkətləri ilə yarışır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











