Aviasiya sərgisində 40 milyard dollarlıq müqavilələr imzalanıb - Çində
Texnologiya
7 Noyabr 2016 20:25

Hər il ənənəvi keçirilən sərgidə bu dəfə 42 ölkə təmsil olunub
Çinin Cuxay şəhərində keçirilmiş 11-ci Çin beynəlxalq aviasiya və kosmonavtika sərgisində ümumi dəyəri 40 milyard ABŞ dollarından çox olan 402 alqı-satqı razılaşması, o cümlədən 187 ədəd təyyarə sifarişi üzrə müqavilə imzalanıb.Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Təyyarə satışı üzrə ən çox sifarişi Çinin “COMAC” şirkəti qəbul edib. Belə ki, şirkət 40 ədəd ARJ21-700 və 56 ədəd C919 sərnişin təyyarələrinin satışı üzrə müqavilə imzalayıb. Hər il ənənəvi keçirilən sərgidə bu dəfə 42 ölkə təmsil olunub, ziyarətçilərin ümumi sayı 400 minə yaxın olub. Sərgidə həm mülki, həm də hərbi texnika nümayiş olunub. Sərgi çərçivəsində keçirilmiş aviasiya şousunda Çin, Rusiya, Böyük Britaniya və Pakistandan 151 təyyarə iştirak edib.
Oxunub : 2335
DİGƏR XƏBƏRLƏR
29 Oktyabr 2026 19:23
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
29 Oktyabr 2026 11:45
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
16 Oktyabr 2026 18:15
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
30 Sentyabr 2026 19:39
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
21 Sentyabr 2026 13:18
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
20 Sentyabr 2026 17:53
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
9 Sentyabr 2026 22:14
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
3 Sentyabr 2026 20:30
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
24 İyul 2026 17:39
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
21 İyun 2026 09:42
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
18 İyun 2026 12:30
Qəbul imtahanına görə “Telegram” bloklandı
14 İyun 2026 18:10
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
ŞƏRH YAZ












