Aviasiyada yeni nəsil - Elektriklə işləyən təyyarələr istehsal ediləcək

Avropanın öndə gedən 3 aviasiya və texnologiya şirkəti hibrid xüsusiyyətli elektriklə işləyən təyyarə istehsal edəcək. Avtosfer.az xəbər verir ki, Fransanın “Airbus”, İngilətənin “Rolls-Royce” və Almaniyanın “Siemens” şirkətləri bu layihəni həyata keçirmək üçün razılaşma imzalayıb.
"E-Fan X" adı verilən ortaq layihə çərçivəsində “British Aviation” firması tərəfindən istehsal edilən “BAe 146” sərnişin təyyarəsinə 3 qırıcı təyyarə motoru və 1 elektrik motoru əlavə ediləcək. Təyyarələrdə sadəcə elektrik motorlarından istifadə edilməməsinin səbəbi isə elektrikli motor bataryalarının və onların soyutma sisteminin həddən artıq ağırlığı və aviasiya üçün praktik olmamasıdır.
Firmalar bu layihəni Avropa İttifaqının (Aİ) aviasiyadan qaynaqlanan karbon emisiyalarının azaldılması tələblərinə cavab olaraq, ərsəyə gətirmək niyyətindədir. Layihə çərçivəsində hazırlanan təyyarələr 2020-ci ildə sınaqdan keçiriləcək, 2025-ci ildə isə istifadəyə veriləcək.
Qeyd edək ki, Aİ aviasiya şirkətlərindən 2020-ci ildən etibarən karbon emisiyalarının mərhələli şəkildə azalılmasını tələb edib. Hədəf karbon emisiyalarının 2035-ci il etibarilə daha öncəki illərə nisbətən 80% azaltmaqdır. (publika.az)
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












