Avropa hibrid mühərrikli təyyarə hazırlayır

Avropanın aparıcı aviasiya və texnologiya şirkətləri hibrid özəlliklərə sahib olan elektrikli təyyarə istehsal etmək üçün razılağa gəliblər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu anlaşma "Airbus", "Rolls-Royse" və "Siemens" şirkətləri arasında əldə olunub. Ortaq istehsal olunacaq "E-Fan X" adlı təyyarənin 2020-ci ildə ilk uçuşu həyata keçirəcəyi gözlənilir. Üç şirkət normal təyyarələrdəki qaz turbinlərindən birini elektrikli mühərriklə əvəz edə biləcək texnologiyanı inkişaf etdirmək üçün ortaq çalışmağı hədəfləyib. Sistem fəaliyyətə keçdikdən sonra ikinci elektrikli mühərrikin təyyarəyə əlavə ediləcəyi gözlənilir. Layihədə elektrikli mühərriki təmin edəcək generatorun "Rolls-Royce" şirkəti tərəfindən hazırlanacağı bildirilir. "Siemens" isə 2 MVt gücündə elektrikli mühərrik istehsal edəcək.
Ortaq layihə ilə ilk sərnişin təyyarəsinin 2030-cu ildə səfərə çıxacağı planlaşdırılır. "Airbus" rəsmiləri yeni layihə ilə uçuşların maya dəyərinin azalacağını, bunun da biletlərin qymətini aşağı salacağını bildirirlər.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












