Avtomatik parklama texnologiyasının tətbiqinə başlanıldı

Yaponiyanın “Nissan” avtomobil istehsalçısı “ProPILOT Park” tam avtomatik parklama texnologiyasının tətbiqinə başlayıb. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, avtomobilin parklamaya qoyulması prosesinin avtomatlaşdırılması üzrə həllər çoxdan mövcuddur və əksər istehsalçılar, o cümlədən “Ford” və “Toyota” şirkətləri tərəfindən istifadə olunur. Lakin onların hamısında sürücü tərəfindən avtomobilin sürətinin akselerator pedalını basmaqla idarə edilməsi tələb olunur. Yeni “Nissan” texnologiyası isə bu funksiyanı da özündə birləşdirəcək. Məlumata görə, texnologiyanın əsasını kamera və ultrasəsli ötürücülərdən istifadə təşkil edir. Onlar vasitəsilə avtomobil müstəqil şəkildə lazımi qabaritli parklama yerini tapacaq və tam avtomatik rejimdə həm ön, həm də arxa hərəkətdə paralel, diaqonal və ya perpendikulyar parklamanı yerinə yetirəcək. Sistemlə təchiz ediləcək ilk model Yaponiya istehsalçısının yaxın vaxtlarda təqdim etməyə hazırlaşdığı “LEAF” elektromobilinin yeni versiyası olacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











