Avtomobilə qırıcı təyyarə motoru qoydular - VİDEO

Böyük Britaniyada səsdən iti sürətlə hərəkət edəcək "Bloodhound" avtomobilində reaktiv təyyarənin mühərrikinin sınaqları uğurla keçib. Bu avtomobil qırıcı təyyarə mühərriki ilə gələcək yarışlarda saatda 1600 kilometr sürətlə hərəkət etmlidir. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, sınaqlar Kornoull qraflığındakı aerportda keçirilib. Avtomobildə quraşdırılan "Rolls-Royce EJ200" reaktiv mühərriki dördüncü nəsil "Eurofighter Typhoon" qırıcılarında istifadə olunur. Mühərrik "Bloodhound" avtomobili üçün münasib sayılıb. Sonrakı sınaqlarda avtomobildə hava yığım sistemi, yanacaq və elektrik sistemləri sınaqdan keçiriləcək. Oktyabrın 26-da avtomobil aerportun 2.7 kilometrlik uçuş-enmə zolağında ilk yürüşə çıxmalıdır. Həmin sınaqda onun sürəti saatda 320 kilometr olacaq. Sınaqlardan sonra avtomobil Cənubi Afrikaya qurumuş gölüb dibində təşkil ediləcək avtomobil yarışlarına göndəriləcək. Avtomobilin 16 kilometr məsafəni cəmi 3.6 saniyə ərzində qət edəcəyi gözlənilir. Bu, dünya rekordu olacaq. İndiyə qədər avtomobildə qeydə alınmış ən yüksək sürət saatda 1228 kilometr olub.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












