Azərbaycan döyüş təyyarələri alacaq - Pakistandan

Azərbaycan Pakistandan hərbi sənaye kompleksinin məhsullarını idxal edəcək. Bu barədə razılaşma ötən gün Azərbaycan prezidenti İlham Əliyevin İslamabadda Pakistan baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşü zamanı əldə olunub. Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub. Avtosfer.az-ın xəbərinə görə, hərbi ekspert Rəşad Süleymanov azvision.az-a bildirib ki, Azərbaycan Pakistandan döyüş və təlim təyyarələri alacaq. “Bunlar “JF -17 Thunder” döyüş və “Super Mushshak” təlim təyyarələridir. Türkiyə 52 ədəd “Super Mushshak” təlim təyyarəsini almaq üçün Pakistana sifariş verib. Bu yaxınlarda Pakistanın müdafiə naziri ilə sərgidə söhbətimiz oldu və bildirdi ki, təyyarələr Azərbaycana ixrac edilməyə hazırdır. Təyyarələrin Azərbaycana satılması üçün görüşlər olub və bəzi sənədləşmə işləri həll olunduqdan sonra təyyarələrin ölkəmizə satışı baş tutacaq. Həmçinin bu təyyarələrdən axtarış-xilasetmə və kəşfiyyat əməliyyatlarında da istifadə olun bilər”, - deyə ekspert bildirib.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












