Azərbaycan İsraildən avtomatik minaatan alır

Azərbaycan İsrail istehsalı olan yeni nəsil avtomatik minaatanlarla maraqlanır. Avtosfer.az xəbər verir ki, bu barədə “AzeriDefence”yə Polşada keçirilən MSPO-2017 sərgisində bildirilib. “Elbit Systems” şirkətinin istehsalı olan 120 mm-lik “Spear Mk 2” avtomatik minaatanının ilk nümunələri Azərbaycana çatdırılıb. Azərbaycan Silahlı Qüvvələrinin (DSX) istifadəsindəki BTR-70 zirehli maşının üzərində qurulmuş həmin minaatan avqust ayında prezident İlham Əliyevə nümayiş etdirilib. Minaatanın “SandCat” zirehli maşını üzərində qurulmuş versiyası isə 2016-cı ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisində də nümayiş etdirilib. “Bu minaatanlar tam olaraq avtomatlaşdırılıb. Özünü avtomat doldurma, koordinatları hesablama və yönləndirmə funksiyasına malikdir. “Spear” idarə olunan minalarla 10 km-dək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir”, deyə mütəxəssislər bildiriblər. İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Spear Mk 2” minaatanının ilk xarici istifadəçisidir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












