Azərbaycan İsraildən düşməni qorxuya salacaq yeni silah alır

İsrail Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin Hərbi Hava Qüvvələrinin balansına “Elbit Systems” şirkəti tərəfindən hazırlanan müasirləşdirilmiş “Hermes 900” taktiki pilotsuz uçuş aparatı daxil olub. Avtosfer.az-ın modern.az-a istinadən məlumatına görə, modernləşdirilmiş “Hermes 900”-ün ilk alıcılarından biri də Azərbaycan olacaq. Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin balansında 2006-cı ildən “Hermes 450” pilotsuz uçuş aparatları var. 2016-cı ildə isə Azərbaycanın 15 “Hermes 900”ü olub. Bu haqda Stokholm Sülh Problemləri Tədqiqatı İnstitutunun 2016-cı il üzrə hesabatında deyilirdi. İsrail mətbuatı yazıb ki, İsrail ordusunda müasirləşdirilmiş “Hermes 900” 2014-cü ildən qərar tutmağa başlayıb. Məlumata görə, “Hermes 900” ilk dəfə 2014-cü ilin 15 iyulunda döyüş şəraitində sınaqdan keçirilib. Modernləşdirilmiş “Hermes 900”lə işləyən İsrail zabitləri bildiriblər ki, öz sələfi ilə müqayisədə bu pilotsuz uçuş aparatını “kvant sıçrayışı” kimi xarakterizə etmək olar. Onun döyüş imkanlarını nəzərə alaraq, demək mümkündür ki, geniş döyüş imkanları spektri var və yüksək ötürücülük qabiliyyətnə malikdir. Həmçinin başqa parametrlərə görə sələfindən fərqlənir. Müasirləşdirilmiş “Hermes 900” peyk əlaqəsi sistemi ilə də təchiz edilir. İdarəetmə yerüstü məntəqədən peyk vasitəsi ilə operator tərəfindən həyata keçirilir. “Hermes 900” yüksək uçuş məsafəsinə malikdir və güclü kəşfiyyat apara bilir. Aparat 9 min metr yüksəklikdə uçmağa qadirdir və 350 kiloqrama qədər yük daşıya bilir.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










