Azərbaycanda avtomobil akkumulyatorları istehsal ediləcək

Azərbaycanda avtomobil akkumulyatorlarının istehsalı təşkil olunacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Yüksək Texnologiyalar Parkı"ndan bildiriblər. Yaxın zamanlarda Əhmədli qəsəbəsində yerləşən AMEA Təcrübə-Sənaye Zavodunda istehsalat qurğularının tikintisi üzrə işlər başlayacaq.
2018-ci il yanvarın ilk ongünlüyündə akkumulyator istehsalı ilə məşğul olan xarici şirkətlərdən birinin rəhbəri Bakıya səfər edəcək. Səfərin məqsədi birgə istehsalın təşkil olunması ilə bağlı danışıqların keçirilməsidir.
Hazırda akkumulyatorların və litium-ion batareyalarının birgə istehsalının təşkili məqsədilə AMEA Texnoparkı Bolqarıstan, Çin və Türkiyə şirkətləri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir: “Hazır məhsul təkcə daxili bazar üçün nəzərdə tutulmayacaq, həm də ixrac ediləcək. Texnoparkın rezidentlərinin gömrük rüsumlarından azad edildiyini və digər amilləri nəzərə alsaq “Yüksək texnologiyalar parkı”nda istehsal olunan məhsulun dəyərinin kifayət qədər rəqabətqabiliyyətli olacağını hesab etmək olar”.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












