Azərbaycanda dronlardan istifadə qaydaları təsdiqləndi

Dövlət Mülki Aviasiya Administrasiyasının və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mütəxəssisləri tərəfindən “Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsi hazırlanıb. Administrasiyadan Avtosfer.az-a verilən məlumata görə, sözügedən layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir.
Qeyd olunan layihə 2015-ci ilin 8 sentyabr tarixində Nazirlər Kabinetinə tərəfimizdən təqdim edilib. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından (cəmi: 10 qurum) daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla bu layihə razılaşdırılma mərhələsindən keçib və Nazirlər Kabinetinə təqdim edilib. Qeyd edilən qaydaların Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq ediləcəyi barədə Nazirlər Kabinetinin göstərişi daxil olub (dərkənar № 17/17/3404-26/18/22; 09 dekabr 2016-cı il). Bildiririk ki, sonrakı mərhələdə sözügedən qaydaların layihəsində müəyyən zəruri dəyişikliklər tərəfimizdən edilib. Bu layihə dövlət qurumları və digər hüquqi, habelə fiziki şəxslər tərəfindən baxılması və mümkün rəy və təkliflərinin bildirilməsi üçün təqdim olunur (bu layihə Dövlət Mülki Aviasiya Administrasiyasının rəsmi saytının “Hüquqi aktların layihələri” bölməsində yerləşdirilib.
Fidan
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












