Azərbaycanın nəhəng təyyarəsi belə hazırlandı - VİDEO

"Silk Way West Airlines" aviaşirkəti Boeing 747-8F tipli yük təyyarəsinin istehsal prosesindən olan görüntüləri yayıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində yerləşən "Boeing Commerical Airplane"s mülki təyyarələrin istehsalı üzrə ən böyük müəssisələrdən biridir. "Silk Way Airlines" Azərbaycanda fəaliyyət göstərən aviaşirkətdir. Mərkəzi qərargahı Bakı şəhərində yerləşir. "Silk Way" aviaşirkəti 9 oktyabr 2001-ci ildə Azərbaycan Respublikasının Mülki Aviasiyası tərəfindən yaradılıb. Bu şirkət Azərbaycanda əsas aviadaşıyıcılardandır və Azərbaycan Respublikası tərəfindən təsdiq olunub. "Silk Way" aviaşirkəti öz təyyarə parkının daim yeniləşdirilməsi istiqamətində mühüm işlər görür. 2002-ci ilin sonunda "Silk Way" aviaşirkəti Əfqanıstana humanitar yüklərin daşınması ilə əlaqədar illik (NATO, İSAF və Almaniya Müdafiə Nazirliyi) tenderin qalibi olub. "Silk Way" həmçinin Kanada Milli Müdafiə Nazirliyi və Fransa Ordusu ilə uzun müddətli proqramlar çərçivəsində əməkdaşlıq edir. Aviaşirkət neft avadanlığı, tikinti materialları, ağır sənaye avadanlığı və maşınları, dəniz və 20 futluq konteynerlər, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, humanitar yardım, təhlükəli yüklərin daşınmasında geniş imkanlara və təcrübəyə malikdir. İstehsal prosesinin maraqlı video görüntülərini izləməyi təklif edirik:
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











