Azərbaycanlı gəncdən maraqlı layihə - Robot hörümçək

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alan III kurs tələbəsi Cahandar Zeynallı artıq neçə aydır ki çox maraqlı ideya üzərində çalışır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YTP) çalışan gənc mühəndis təhlükəsizlik məqsədləri üçün istifadə ediləcək, hərbi təyinatlı robot hörümçək hazırlayıb. Belə ki, həmin hörümçək ərazinin səthinin müxtəlifliyindən asılı olmayaraq istənilən yerdə hərbçilərə təhlükəsiz şəraitdə mina axtarmaqda yardımçı olacaq. Hörümçəyin fəaliyyəti uzaqdan idarəetmə pultu ilə tənzimlənir.
Cahandar sabiq təhsil naziri, indiki vergilər naziri Mikayıl Cabbarov və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin YTP-a səfəri zamanı hazırladığı elektron cihazı onlara təqdim edib. Tələbə cihazın işləmə prinsipləriylə bağlı cənab nazirin suallarını cavablandırıb.
Hal-hazırda hörümçək robotun III prototipi üzərində çalışan Cahandar, bundan başqa öz komandası ilə pilotsuz uçan təyyarələrin elektronikası üzərində işləyir. İrəlidə gənc mühəndisin təhlükəsizlik məqsədilə istifadə oluna biləcək cihazın - "elektroşoker" cihazının işləmlərinə başlamaq fikri var.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










