Azərbaycanlı milyarderin yaxtası birinci oldu - FOTO

Milyarderlər Əlişir Usmanovun və Vahid Ələkbərovun yaxtaları ümumdünya “World Superyacht Awards 2017” mükafatçılarının sırasına daxil olub. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, müsabiqənin nəticələri bu günlərdə Florensiyada elan edilib. Azərbaycanlı iş adamı, Rusiyanın “Lukoyl” neft şirkətinin rəhbəri Vahid Ələkbərova məxsus “Galactica Super Nova” yaxtası uzunluğu 50 metrdən yuxarı olan mühərrikli yaxtalar arasında birinci yeri tutub. “İlin yaxtası” mükafatı isə Əlişir Usmanovun “Dilbər” yaxtasına verilib. “USM Holding”in rəhbərinin su nəqliyyatının tayı-bərabəri olmayıb. “World Superyacht Awards” mükafatının təsisçilərinin yekdil fikrinə görə, Usmanovun yaxtası tarix boyunca mövcud olmuş ən gözəl yaxtadır. “Yaxtanın daxili gözəlliyi, onun interyerindəki nadir materiallardan istifadə olunaraq hazırlanmış elementlər və eyni zamanda, yaxtanın daxilində mövcud olan 180 kub metrlik hovuz təəccübləndirməyə bilməz. Bu yaxta ən layiqli qalibdir”, - mükafatın təsisçiləri bildirir. Ekspertlərin fikrincə, uzunluğu 157 metr olan 15.917 ton tutumlu “Dilbər” yaxtasının təxmini dəyəri 600 milyon dollardır.





İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











