Azərbaycanlı ustadan yenilik - “Qaz 24” təkərli motosikl

Azərbaycanlı usta Elşən Hacıyev etdiyi yeniliklə gündəmə gəlib. Avtosfer.az sputnik.az saytına istinadən xəbər verir ki, usta mühərriki "Honda", sürət qutusu və arxa ox "Jiquli", təkərləri "Qaz 24", oturacaqlar "Raf", qabaq təkəri isə "Muravey" olan motosikl icad edib.
Bu qeyri-adi motosiklin yanacaq sərfiyyatı, yüklülüyündən asılı olaraq 1 = 20-25 kilometr təşkil edir. Müxtəlif texnikalara aid detalları birləşdirərək təsərrüfatda, ev işlərində əsas köməkçi maşın formasına salan Elşən Hacıyev, icad etdiyi avtomobilinə, nə qədər təvəzökarlıqdan uzaq olsa da, "Tır-tır" adını qoyub. O, Samux rayonu Qarayeri qəsəbəsində yaşayır. Gündəlik kənd həyatında təsərrüfat işləri ilə məşğul olmasından, əlavə müraciət edənlərə avtomobil ustası kimi də köməyini əsirgəmir.
Usta Elşən Hacıyev sənətin sirrlərini hələ kiçik yaşlarından dayısından öyrənməyə başlayıb. Gəncə şəhərinin böyük qarajlarından birində tanınmış elektrik olan dayısı Zakir onu öz yanına aparıb və sənəti öyrənməsinə yardımçı olub. Uşaqlığından sənətə alışan Elşən ilk arzularını da elə o vaxtdan qurmağa başlayıb. Əvvəllər velosipedə mühərrik qoymaq istəyini, böyüdükcə daha çox təsərrüfatda və ev işlərində ona yardım edəcək texnikanın hazırlanmasına istiqamətləndirib. Nəticədə hər kəsi təəccübləndirə biləcək texnikanı yaradıb: "Pay torpağımız bir az uzağa düşüb. Ailəlikcə ora gedib-gəlirik. Kartof çıxarıb gətiririk, gündəlik ot biçib daşıyıram, gecələr su sulayanda işə salıb onun işığı ilə işləyirəm. Demək olar ki, gündəlik yaşayışımızda çox işimizə yarayır. Avtomobil gedə bilmədiyi yerlərə gedir. Şumda batmır".
Elşən Hacıyevin "Tır-tır"ı yük qoşqusuna hidravlik qaldırıcı qoşan sənətkar, 150 mişar daşını rahat daşıdığını və qaldırdığını bildirir. Həmçinin Hacıyevlər ailəsinin elektrik sarıdan da çətinlikləri yoxdur. Elektrik enerjisinin kəsilməsi onlarda hiss olunmur. Avtomobilinə bənd etdiyi generatoru işə salaraq evin işıqlanmasını və televizorun işləməsini təmin edir. Onun hazırda üzərində işlədiyi yeni icadını isə, təsərrüfat problemləri üzündən hələ tamamlaya bilməyib. Əvvəlkindən fərqli olaraq iki porşenli mühərriklə, dörd oxla, beş sürət qutusu ilə, yalnız bu hissələrin birləşdirilməsi qalan texnikasını yaxın vaxtlarda hazırlayıb istifadə etmək fikrindədir. Yeni texnika əvvəlkindən həm sürətinə, həm də gücünə görə daha üstün olacaq.
Usta, "Tır-tır"ın 50-60 sürət yığmasına baxmayaraq, bir yerdən başqa yerə gedəndə xeyli yubanır. Buna səbəb isə yolda insanların tez-tez onu saxladaraq, maşının o tərəf-bu tərəfinə keçmələri, yeni icadla maraqlanmaları və çoxlu sual vermələridir. Sənətkar maşınını satmaq fikrində olmadığını, amma digər texnikasını başa çatdırmaq üçün pul lazım olduğunu və bu səbəbdən "Tır-tır"ı 1000 manata istəyən olsa, verə biləcəyini deyir.



İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











