Bakıda pulsuz “Wi-Fi” olan ərazilər genişləndi

“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini “Port Baku Residence” və Port Baku Mall”a qədər genişləndirib. Bu barədə Trend-ə şirkətdən məlumat verilib. Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin əhatə dairəsinin “Dədə Qorqud” və “Nərimanov” parklarınadək genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, “Qış parkı”, “Zabitlər” parkı, “Sahil”, “Axundov”, “Sabir”, “Xaqani”, “Hüseyn Cavid”, “Səməd Vurğun” və “Muğan” bağları daxildir.
Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1 milyona yaxın qoşulma qeydə alınıb.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












