Bakıya aviataksi xidmətinin qiyməti AÇIQLANDI

Tbilisi-Bakı-Tbilisi reysi ilə uçuşlar həyata keçirəcək Gürcüstanın "Aviator" şirkətinin aviataksi xidmətlərinin qiyməti sərnişin sayından asılı olmayaraq 6930 dollar təşkil edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstanın "Adjara Group Hospitality" şirkətindəki mənbə məlumat verib. Uçuşlar "Beechcraft KingAir C90GTX" təyyarəsi ilə həyata keçiriləcək. Bu təyyarə beş sərnişin tutumuna malikdir. "Aviator" şirkəti Tbilisi beynəlxalq hava limanından Gürcüstanın və Cənubi Qafqazın bütün hava limanlarına, eləcə də Bakı, İstanbul, Trabzon və digər şəhərlərə uçuşlar həyata keçirəcək. Qeyd edək ki, "Adjara Group Hospitality" şirkəti Gürcüstanın hotel sektorunda ən iri holdinqdir. "Aviator" 2016-cı ilin sonunda "Adjara Group Hospitality" tərəfindən yaradılıb və daxili beynəlxalq sərnişin daşımaları üçün aviataksi xidmətləri göstərən ilk Gürcüstan şirkətidir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












