Başqasının telefonuna boylananların nəzərinə: Belə ifşa olunacaqsız - VİDEO

"Google" şirkətinin tədqiqatçıları istifadəçini onun çiyni üzərindən telefon ekranına baxan şəxslər haqqında xəbərdar edən proqram hazırlayıblar. Şirkətin məlumatına görə, kompüter təlimindən istifadə edən proqram təminatı qurğu sahibi olmayan və ekrana baxan şəxsin sifətinin müəyyənləşdirilməsi üçün smartfonun ön kamerasını tətbiq edir. Proqram real vaxt rejimində istifadəçini smartfon ekranında yad şəxsin mətn oxuması və ya internet səhifəsini izləməsi barədə xəbərdar edir.
Tədqiqatçıların dərc etdiyi videoda "Google Hangouts" messencerində aparılan yazışmanın smartfonun ön kamerası tərəfindən ekrana baxan tanış olmayan insanlar aşkarlanan zaman dəfələrlə dayandırılmasını görmək mümkündür. Yad insanın üzü qırmızı çərçivəyə alınır, sifətin aşağı hissəsində isə istifadəçinin xəbərdarlığı dəqiq görməsi üçün rəngli zolaq əmələ gəlir. Bundan başqa, ekranda "A STRANGER IS LOOKING ALERT!!!" bildirişi görünür.
Məlumata görə, hazırda funksiyanın işinin texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilməsə də, əminliklə demək olar ki, proqram təminatı qurğu sahibi olmayan insanların sifətini tanıya və gözlərinin vəziyyətini izləyə bilir.
"Neuro Information Processing Systems" (NIPS) konfransında təqdim ediləcək texnologiya hazırda tam funksiyadan daha çox elmi layihə şəklindədir.(publika.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











