Banner

Benzinin əvəzləyicisi tapıldı

Texnologiya 23 İyun 2017 09:45 Oxunub 1697
Benzinin əvəzləyicisi tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədqiqatlar nəticəsində yosunlardan alınan bioyanacağın dəqiq kimyəvi tərkibi öyrənilib

Moskva Dövlət Universiteti, Moskva Fizika-Texnika İnstitutu və Rusiya Elmlər Akademiyasının elmi müəssisələrindən olan birləşmiş ekspertlər qrupu yanacağın alternativ növlərinin hazırlanması sahəsində ciddi irəliləyişə nail olublar. Belə ki, tədqiqatlar nəticəsində yosunlardan alınan bioyanacağın dəqiq kimyəvi tərkibi öyrənilib. Yer təkində neftin əmələgəlmə prosesini imitasiya edən alimlər yosunları 300 selsi dərəcəyə qədər qızdırıb yüksək təzyiq altında sıxıblar. Prosesin sonunda biokütlə qatı qətran və maye yanacağa parçalanıb. Bu elementlərin tərkibinə çoxlu maddələr daxil olduğundan alimlər biokütlənin dəqiq tərkibini tapmaq və bioyanacağın xassələrini yaxşılaşdırmaq üçün istehsal prosesini dəyişməkdə çətinlik çəkirdilər. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından azərtac-a bildiriblər ki, alınan yanacağın kimyəvi tərkibini bütövlükdə müəyyənləşdirən mütəxəssislər bioyanacağın əksər maddələrinin neftin tərkibinə daxil olan karbohidrogenlərlə heç bir əlaqəsinin olmadığını aşkarlayıblar. Bu elementlərin gələcək tədqiqi bioyanacağın hazırlanmasında istifadə oluna bilinən yosun növlərini və onları karbohidrogenlərdən ibarət adi yanacağa çevirmək üçün modifikasiya üsullarını müəyyənləşdirməyə imkan verəcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh