Bu adam 3 ilə helikopter düzəltdi - VİDEO

Hindistanın Assam ştatında yaşayan bir gənc öz əl işi ilə hamını təəccübləndirib. Elmi savadı universitet səviyyəsində olmasa belə, hava nəqliyyatı vasitəsi düzəltməyə qərar verən Saqar Şarma uşaqlıq arzusunu reallaşdıra bilib. Bu helikopteri ərsəyə gətirmək Saqarın 3 il vaxtını aparıb. Küçədən topladığı dəmir parçalarını bir-birinə qaynaq edən gənc, kustar üsulla hazırladığı helikopterə avtomobil mühərriki qoşub. Hələ sınaq mərhələsində olan helikopter dizellə işləyir.
Hindli gənc deyir ki, helikopterlə bağlı ictimaiyyətə nəqliyyat vasitəsinin 90 faizi hazır olanda məlumat verib. Xəbər ildırım sürəti ilə yayılıb və qonşu kəndin sakinləri də bu helikopteri görmək üçün Dimou kəndinə axın edib. Oturacaqları belə avtomobilə aid olan helikopterin uçuş sınağı isə qarşıdan gələn aylarda olacaq. Aviasiya rəsmilərinin ev şəraitində hazırlanan və elmə əsaslanmayan helikopterin uçuşuna icazə verib verməyəcəyi də maraqla gözlənilir.
İstənilən halda avtomobil müharriki ilə həmin helikopteri uçurmaq mümkün olsa, bu, orta məktəb məzunu üçün əsl sənaye inqilabı olacaq.
İslaminsesi
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












