Bu avtobuslarda sürücü olmayacaq

Vyanada ictimai sərnişindaşıma xidmətini həyata keçirən Vyana Şəhər Xətləri şirkəti sürücüsüz hərəkət edən ilk mikroavtobusun təqdimatını keçirib. Şəhərin ən yeni rayonu olan Zeeştadt Aspern ərazisində marşruta buraxılacaq mikroavtobus gələn ilin əvvəlindən sınaqdan keçiriləcək. Avtosfer.az-ın məlumatına görə, Fransanın “Navya” şirkətinin istehsalı olan “Navya Arma” markalı mikroavtobus elektrik mühərriklə çalışır və iki ildən sonra ictimai nəqliyyatda müntəzəm cədvəl üzrə hərəkət etməsi planlaşdırılır. Avstriya Nəqliyyat Nazirliyinin maliyyə vəsaiti hesabına formalaşan tədqiqat layihəsi çərçivəsində 11 sərnişin daşımaq imkanına malik olan sürücüsüz iki mikroavtobusun xüsusi dayanacaqlar, hərəkət cədvəli və əsl sərnişinlərin iştirakı ilə test yürüşləri aparılacaq. Kamera və sensorlarla təchiz olunan “ağıllı” avtobuslar digər nəqliyyat vasitələri ilə interaksiyada olmaq imkanına sahibdirlər və yol hərəkətində baş verən gözlənilməz hadisələr zamanı müvafiq manevrlər edə biləcəklər.






İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











