Bu televizoru təkcə quraşdırmaq 35 min dollara başa gələcək

Dünyanın ən böyük televizorlarının istehsalında ixtisaslaşmış Avstriyanın "C Seed" şirkəti dünyanın ən geniş ekranlı 4K televizorunu istehsal edib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, onun qiymətinə isə heç kəs biganə qala bilmir. "C Seed 262" 4K televizorunun qiyməti 549 000 dollar təşkil edir. Onun quraşdırılması isə əlavə olaraq 35 000 dollar dəyərindədir. Bu gün televizor istehsalçıları üçün istifadəçiləri təəccübləndirmək o qədər də asan iş deyil. Çox vaxt belə cihazlar bir neçə il üçün alınır və çox nadir hallarda əvəzlənir. Bunun üçün də şirkətlər istehlakçıları yeni texnologiyalarla, görüntü keyfiyyəti və həcmləri ilə cəlb etməli olurlar. "C Seed 262" televizoru ekranının diaqonalı 6,5 metr və ya 262 düym təşkil edir. 4K matrisası dərin qara rəngə nail olmaq üçün yüksək kontrastla LED texnologiyası ilə istehsal edilib. Televizor on ədəd əlavə 7,1 və 9,1 səslənmə format həcmli yüksək keyfiyyətli dinamiklə təchiz edilib. Televizor istifadə olunmayan zaman onun ekranı avtomatik mexanizmin köməyi ilə parçadan olan şəkil kimi açılır.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












