Daha bir yenilik - Bu tramvaylar dünyaya yayılacaq

Çində hava çirklənməsi böyük problem olduğundan yaranmış fövqəladə vəziyyətdən çıxış yolu kimi nəqliyyat yanacağından imtina edilməsi planlaşdırılır. Avtosfer.az xəbər verir ki, artıq bu istiqamətdə fəal işləmlərə başlanılıb. Xüsusən də hidrogen mühərrikli nəqliyyat vasitələrinin xəttə buraxılması nəzərdə tutulur. Ekoloji nəqliyyat növləri ilk olaraq Foşan və Quandun şəhərlərində tətbiq olunacaq. Yeni tramvaylar 20 dayanacaq vasitəsilə şəhərin bütün nöqtələrinə sakinləri çatdıracaq. Hələlik 8 belə tramvayın buraxılması planlaşdırılır. Tramvayın maksimal sürəti saatda 70 kim-dir. Salona 285 sərnişin yerləşir. Çin bu tramvayları Çexiyanın Škoda firması ilə birgə işləyib hazırlayır. Tramvayların 2018-ci ildə xəttə buraxılacağı gözlənilir. Qeyd edək ki, Çində çoxsaylı səneye müəssisələrinin davamlı fəaliyyəti səbəbindən ölkə ən çirki atmosferi olan ərazilərdən hesab olunur. Böyük meqapolislərdəki avtomobil və digər nəqliyyatların, eləcə də zavodların buraxdığı tullantı qazlar həyat tərzini dözülməz edib. Əhali xüsusi nəfəsqoruyucuları ilə küçəyə çıxmalı olur. Bəzi yerlərdə isə təmiz “hava məntəqələr”i quraşdırılıb ki, insanlar vaxtaşırı bu məntəqələrdə ciyərlərini “sevindirə” bilirlər.// publika.az//
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











