Dələduzlar “WhatsApp” sayəsində pul qazanmağın yolunu tapıblar

Dələduzlar spamlı sxemdən istifadə edərək insanları aldadırlar. Avtosfer.az Technote-yə istinadən xəbər verir ki, onlar şəxsi və qrup ismarışları vasitəsilə Burger King-dəki pulsuz kupon barəsində ismarışlar yayırlar. Həmin ismarışlara isə uduşlu oyun linki əlavə edirlər. İsmarışın daha inandırıcı olması üçün onlar hətta “Burger King”in loqosundan və şirkətin saytına bənzər linkdən də istifadə edirlər. Buna görə də bir çoxları əslində bu ismarışların saxta olduğunu bilə bilmirlər. Linkə kliklədikdə uduş oyunun qaydaları əks olunmuş saxta səhifə açılır.

Həmin saxta səhifə isə bu ismarışı digər “WhatsApp” istifadəçiləri arasında yayılmanı tələb edir. Dələduzlar pul və ya istifadəçinin şəxsi məlumatlarını oğurlamağa çalışmırlar. Onlar saxta səhifədə reklamla bağlı modul yerləşdiriblər və həmin reklamların baxış sayları sayəsində pul qazanırlar. Həmçinin dələduzlar saxta link vasitəsilə “Google Chrome” üçün zərərli əlavə də yayırlar. Sayt cihazın tərzini təyin edir və əgər istifadəçi kompüter vasitəsilə daxil olubsa onu həmin zərərli əlavənin olduğu səhifəyə yönləndirirlər. “ESET” şirkətinin mütəxəssisləri yanvar ayı üzrə həmin səhifəyə 27 min keçid aşkar ediblər.
.jpg)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










