Dubay aeroportunda smartfonlardan istifadə ediləcək

Dubay Beynəlxalq Aeroportundan uçub gedən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sakinləri bundan sonra yoxlama prosesindən keçən zaman pasport əvəzinə smartfonlardan istifadə edə biləcəklər. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, tezliklə hava limanının bütün terminallarında istifadəyə veriləcək yeni texnologiya "Smart UAE Wallet" mobil əlavəsində tətbiq edilib. O, smartfonda pasport və enmə talonu barədə məlumatların saxlanılmasını nəzərdə tutur. Texnologiyadan yararlanmaq üçün sərnişindən smartfonla birlikdə nəzarət-buraxılış məntəqəsində "ağıllı" çıxışdan (Smart Gates) keçərək barmağı identifikasiya skanerinə yaxınlaşdırması tələb olunur. Mütəxəssislərin fikrincə, yeni sistemin tətbiqi sərnişinlərin yoxlamadan keçməsi üçün ayrılan vaxtı 9-12 saniyə azaltmağa, eləcə də pasport və digər sənədlərin təhlükəsizliyini təmin etməyə imkan verəcək. Qeyd olunur ki, BƏƏ sakinləri və ölkənin digər rezidentləri Dubay aeroportlarında sərnişinlərin 55 faizini təşkil edir. Bu səbəbdən sistem yaradıcıları texnologiyanın tətbiqinin insanların pasport yoxlanışında hərəkətlərinin sürətini artırmağa kömək edəcəyinə ümid edirlər. Perspektivdə BƏƏ sakinlərinin dövlət müəssisələrində sənəd təqdim etməmələri üçün sistemin təkmilləşdirilməsi nəzərdə tutulur. Bütün informasiyanın mobil əlavə ştrix-kodunda saxlanılması planlaşdırılır.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












