Dubayda ilk robot-polis xidmətə başlayıb – FOTO

Dubayda ilk robot-polis rəsmi olaraq polis xidmətinə başlayıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə mayın 21-də “Arabian Business” nəşri məlumat yayıb. Robotun hündürlüyü 170 sm, çəkisi 100 kq-dır. O, 1,5 metr məsafədə insanların siamlarındakı ifadəni və jestləri tanımaq üçün emosiya detektoru ilə təchiz edilib. Beləliklə də robot insanlar ilə əlaqə quraraq qayda pozanları üzə çıxarmağı bacarır. Robot quraşdırılmış naviqator sayəsində yolu itirmir, ərəb və ingilis dili daxil olmaqla altı dildə danışır. Vətəndaşlar onun yardımı ilə kredit kartları vasitəsilə polis xidmətlərinin ödənişini edə bilərlər. Küçə və ticarət mərkəzlərində növbə çəkən “Robocop” müvafiq videoları təqdim edəcək və asayiş keşikçilərinə cinayətkarları tapmağa yardım edəcək. Polisdən verilən məlumata görə, polis ictimai yerlərdə insanlara yardım edəcək, eləcə də qaydaları pozanlar ilə mübarizə aparacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











