Dubayda uçan taksi fəaliyyət göstərməyə başlayacaq
Texnologiya
14 Fevral 2018 18:30
Oxunub 1386
"Taksinin hərəkətinə nəzarəti operator həyata keçirəcək"
Dubayda yaxın zamanda uçan taksi fəaliyyət göstərməyə başlayacaq. Avtosfer.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, iddialı layihə Dubayda keçirilən səmərəli dövlət idarəetmə və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr olunmuş 6-cı Ümumdünya Hökumət Sammitində (World Government Summit) təqdim edilib. "Uçan taksi yüksək etibarlılıq və təhlükəsizlik standartlarına cavab verəcək. Taksi GPS-naviqator əsasında xüsusi marşrutların proqramlaşdırma sisteminin köməyi ilə avtopilot vasitəsi ilə idarə olunacaq. Taksinin hərəkətinə nəzarəti operator həyata keçirəcək", - layihəni təqdim edənlər bildirib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR