Dünyanı heyrətə salacaq teleskopun inşası başladı
Texnologiya
28 May 2017 17:30
Oxunub 2157
Tikinti 1 milyard avroya başa gələcək
Çilinin Atakama səhrasında “Böyük Avropa ekstremal teleskop”nun inşasına başlanılıb. Avtosfer.az-ın teleqraf.com-a istinadən məlumatına görə, ekzoplaneti araşdıracaq aparat 2024-cü ilədək inşa olunacaq və dünyanın ən nəhəng teleskopu olacaq. Tikintinin təməlini Çili Prezidenti Mişel Baçelet qoyub. “Burda təkcə teleskop deyil, həm də elm və texnologiyanın mühüm sübutlarından biri, eyni zamanda beynəlxalq əməkdaşlıq inşa ediləcək”, - deyə, Çili Prezidenti qeyd edib. Avropa Cənub Rəsədxanası layihəsini maliyyələşdirənlərin sözlərinə görə, tikinti 1 milyard avroya başa gələcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR