Dünyanın ən böyük təyyarəsi istifadəyə verilir - FOTO

Dünyanın ən böyük hava nəqliyyatı vasitəsi olan “Airlander 10” adlı təyyarə artıq istifadəyə hazırdır. Avtosfer.az-ın publika.az-a istinadən xəbər verir ki, Mərkəzi İngiltərədə yerləşən “Hibrid” hava nəqliyyatı firması tərəfindən hazırlanan və ilk dəfə 2012-ci ildə uçuşu həyata keçirilən zeplin-təyyarə birləşməsi olan bu məhsulun təkmilləşməsinə çox az bir zaman qalıb. Aparılan son testlərdə 2 saat 45 dəqiqə havada qala bildiyi müəyyən edilən təyyarənin 10,92 metr uzunluğu, 26 metr hündürlüyü var. Təyyarədə yanacaq kimi alovlana bilən hidrogen yerinə, bu riski daşımayan heliumdan istifadə ediləcək. Hibrid şirkəti “Airlander 10”-un təhlükəsizlik, sərnişin daşıma kimi müxtəlif məqsədlər üçün istifadə oluna biləcəyini də açıqlayıb. 55 milyon manat büdcəyə başa gələn təyyarə 6100 metr yüksəklikdən uçacaq və 10 ton yük daşıya biləcək. Təyyarə buzlu, sulu, səhra kimi çətin şəraitli ərazilərə eniş edə biləcək bir avantaja da sahibdir. Qeyd edək ki, şirkət 48 sərnişin daşıya biləcək bu hava nəqliyyatı vasitəsinin rahatlıq və komfortuna xüsusi diqqət ayrıldığını deyib. Belə ki, sərnişinlər səfər zamanı rahatlıqla təyyarədə gəzişə və pəncərələrdən ətrafı seyr edə biləcəklər. Firmanın verdiyi məlumata görə, təyyarə bu yay təxminən 20-30 dəfə uçuş edəcək.


İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











