Dünyanın ən uzun şüşə körpüsü tikilib
Texnologiya
22 Dekabr 2017 09:40

Körpüyə eyni zamanda 500-ə qədər insan daxil ola biləcək
Çinin Xebey əyalətində yeni ən uzun şüşə körpünün tikintisi başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, o, artıq qarşıdan gələn bazar günü turistlərin üzünə açıq olacaq. "China Daily" qəzetinin məlumatına görə, körpünün uzunluğu 488, eni 2 metrdir. O, Xunyaqu mənzərəli rayonunda, Şiszyaçjuan şəhərinin ətrafında yerləşir və iki şaquli qayanı birləşdirir. Körpünün qurulmasında 1077 şəffaf şüşə panelindən istifadə edilib. Arxitektura obyektinin ümumi çəkisi 70 tondur. Körpü elə qurulub ki, ziyarətçilər onun mərkəzinə keçəndə o, yellənir. Amma buna baxmayaraq ki, konstruksiya 2 minə qədər insanın ağırlığına dözümlüdür. Körpüyə eyni zamanda 500-ə qədər insan daxil ola biləcək.
Oxunub : 1875
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 18:15
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
30 Sentyabr 2026 19:39
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
21 Sentyabr 2026 13:18
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
20 Sentyabr 2026 17:53
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
9 Sentyabr 2026 22:14
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
3 Sentyabr 2026 20:30
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
24 İyul 2026 17:39
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
21 İyun 2026 09:42
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
18 İyun 2026 12:30
Qəbul imtahanına görə “Telegram” bloklandı
14 İyun 2026 18:10
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
31 May 2026 15:28
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
28 Aprel 2026 23:24
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
ŞƏRH YAZ












