Əbədi işləyən elektrik velosipedi yaradıldı

Amerikalı alimlər 10 ildən artıq üzərində çalışdıqları əbədi işləyən elektrik velosipedi yaradıblar. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, onlar radio dalğalar hesabına çalışan nəqliyyat vasitəsinin yaradılmasına nail ola biliblər. Velosiped 30 km/saat sürətlə hərəkət edə bilir. Alim və mühəndislər bu elektrik velosipedi sınaqlar zamanı nümayiş etdiriblər. Möcüzəvi texnika geniş diapazonlu radiodalğalar hesabına işləyir. Alimlər qeyd ediblər ki, belə velosiped əbədi olaraq hərəkət edəcək. Ona görə ki, bütün dünyada elektronikanın sayı ildən-ilə artır. Mühərrik və elektrik enerjisi generatorunun işi hesabına mütəxəssislər tam olaraq kinetik enerjini əldə edə biliblər. Generator qabaq təkərin vtulkasının daxilində yerləşir. Bimetal rama məhz bu radiodalğaları qəbul edir. Belə konsepsiya gələcək təhlillərə və miqyaslı satışlara yönəlib.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










