Elektrik xətləri dronlarla təmir edilir

Puerto-Rikonun "Duke Energy" energetika şirkəti pilotsuz uçan aparatlardan istifadəyə başlayıb. Dronlar operatorlar vasitəsilə zədələnmiş elektrikötürmə xətlərini axtararaq onların təmirini həyata keçirirlər. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, şirkətin balansında 5 xüsusi pilotsuz uçan aparat var: onların ikisi xətdə qəzaların axtarışı, üçü müstəqil təmir ilə məşğul olur. Dronlardan istifadə Puerto-Rikonun mürəkkəb landşaftı və adi təmirçilərin həyatı üçün risklə əlaqədardır. Dronlar dərələr və meşə massivləri kimi çətin keçilən yerlərə daxil olaraq elektrikötürmə xətlərinin qırıq yerlərini avtonom şəkildə birləşdirə bilirlər.
Təmirçilər tərəfindən "AceCore Technologies" şirkətinin istehsalı olan "Zoe" pilotsuz uçan aparatlarından istifadə olunur. Qiyməti 18 min dollar təşkil edən aparatlar xüsusi avadanlıqlarla təchiz edilir, havada təxminən 40 dəqiqə qalır və göyərtəsində 7-8 kiloqram çəkidə yük qaldırırlar. Puerto-Rikoda dronlarla əlaqədar eksperimentin uğurlu olacağı təqdirdə belə qurğulardan ABŞ-da da istifadə planlaşdırılır.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










