Elektrikli təyyarənin ilk uçuş testi keçirildi - VİDEO

Almaniyanın Lilium adlı startapı, şaquli qalxış və enişli elektrikli təyyarəsinin ilk uçuş testini keçirdib. “Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, məsafədən idarə olunan Lilium Jet adlı təyyarə ilk uçuş testi Münhendə keçirilib. Test zamanı Lilium Jet, dronlarda və vertolyotlarda olduğu kimi havaya qalxıb və adi təyyarələrdə olduğu kimi qanadlarının qaldırıcı gücü vasitəsilə aerodinamik uçuş rejiminə keçid edib. Sözügedən cihaz, 36 elektromühərrik ilə təchiz olunub. Startap əməkdaşları aparatın analoqlardan fərqli olaraq 90% daha az enerji sərf etdiyini qeyd ediblər.
Startap, tıxacların çox olduğu şəhərlərdə 5 nəfərlik elektrik təyyarəsini taksi kimi fəaliyyətə salmağı planlaşdırır. Uçan taksileri xüsusi mobil tətbiq vasitəsilə sifariş etmək mümkün olacaq.
Təhlükəli və gözlənilməz anlarda sərnişinlər paraşütlərdən istifadə edə biləcəklər. Bundan əlavə olaraq pilotun təhlküəli manevrlər etməsini əngəlləyəcək xüsusi sistem də fəaliyyət göstərəcək.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












