Ən yeni pilotsuz hava gəmisi alır - Azərbaycan

Azərbaycan yeni nəsil kosmik aparat - pilotsuz hava gəmisinə maraq göstərir. Bu texnologiya dünyada ilk hesab edilən, həm peyk, həm də pilotsuz aparat funksiyasını icra edən "Stratobus" uçan aparatıdır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, dünyada analoqu olmayan bu texnologiya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də müsbət qarşılanıb.
Qeyd edək ki, Fransanın "Thales Alenia Space" şirkətinin təqdim etdiyi bu hava gəmisi müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub. "Stratobus"la dövlət sərhədi və su hövzəsinin müşahidəsini həyata keçirmək, habelə teleradio yayımı, mobil rabitə və naviqasiya sisteminin sərhədlərini genişləndirmək mümkündür.
Xarici görünüşünə görə hava gəmisini xatırladan "Stratobus" təlimat verilən hündürlüyə yüksələ və iki elektrik mühərriki sayəsində müəyyən vəziyyət ala bilir. Uçan aparatın təxminən 20 km hündürlükdə fəaliyyət göstərməsi nəzərdə tutulub.
Bu hava gəmisi ətraf mühit hadisələri, yanğınlar, su daşqınları, dənizdə fəlakətlərə nəzarət edə bilir, eyni zamanda dənizdə naviqasiya məsələsini də həll edə bilir. Yerə məsafə baxımından yaxın olduğu üçün ötürmə qabiliyyəti genişzolaqlıdır və bu, aparata peyk funksiyasını da müəkəmməl şəkildə icra etməyə imkan verir.
Hazırda bu texnologiyanı dünyada ancaq Sinqapur əldə edib. Hava gəmisinin iki hissədən olması onun dəyərini süni peykdən 5-10 dəfə ucuz edir. Belə ki, "Stratobus" hava və Yer hissəsindən ibarətdir. Aparat bir neçə infrastruktura xidmət göstərə bilər.
Bu kosmik aparatların ömrü 5 ildir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











