GES-lə işləyəcək ilk avtovağzal istifadəyə verilir - FOTO

Türkiyənin Diyarbakır şəhərində Günəş-Elektrik Stansiyası (GES) ilə işləyəcək ilk avtovağzalın tikintisi başa çatıb. Avtosfer.az-ın salamnews-a istinadən xəbərinə görə, GES ilə həm avtovağzalın enerji tələbatı ödəniləcək, həm də alınan əlavə enerji satılaraq gəlir əldə ediləcək. Ətraf mühitə zərər vurmayan, bərpa olunan enerji mənbələrinin artırılması məqsədilə bu addımı atdığını bildirən Diyarbakır Böyükşəhər Bələdiyyəsi yeni elektrik stansiyasını şəhərlərarası avtobus terminalında quraşdırıb. Terminal ehtiyacı olan enerjini GES-dən aldıqdan sonra qalan enerjini yerli eletrik idarəsinə satacaq. Layihə, həm də Türkiyənin ən böyük GES layihəsidir. Hər biri 265 vatt gücündə olan 2460 panelin quraşdırıldığı GES-in ümumi sahəsi 5750 kvadratmetrdir. 6 hektar ərazidə salınan layihənin avtovağzal hissəsində 18 şəhərlərarası avtobus, 12 minibus və 132 minik avtomobili park edilə biləcək. Diyarbakır Böyükşəhər Bələdiyyəsi Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi Ramazan Savaş bildirib ki, GES 3 milyon 900 min lirəyə (1 880 970 AZN, - red.) başa gəlib və 600 kilovatt/saat elektrik enerjisi istehsal edəcək. İdarə rəisinin sözlərinə əsasən, layihəyə çəkilmiş bütün xərclər dörd il ərzində çıxarılacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO

















