Günəş enerjisi ilə işləyən elektromobil 800 km məsafə qət edəcək - VİDEO

Niderlandın “Lightyear” şirkəti elektrik enerjisi ilə işləyən və günəş enerjisini hərəkət zamanı toplayan “One EV” adlı elektromobil yaradıb. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, elektrik avtomobilin sınaqlarının 2018-ci ildə başa çatacağı gözlənilir, bazara çıxarılması isə 2019-cu ilə planlaşdırılır. Günəşli günləri çox olan ölkələrdə yaşayan “One EV” sahibləri ondan aylarla istifadə etməklə kənar enerjidoldurma stansiyasına qoşmayacaqlar. Elektromobilin akkumulyator tutumu 130 kilovat/saat təşkil edir ki, bu da günəş enerjisi toplamadan 644 km məsafəni qət etməyə kifayət edir. Hərəkət zamanı enerji toplamaq imkanı sayəsində isə avtomobil dayanmadan 800 km məsafəni qət edə biləcək. Nəqliyyat vasitəsində istifadə olunacaq akkumulyator batareyalarının tipi barədə məlumat verilməsə də, onların “Tesla” modellərində istifadə edilən batareyalara oxşar olacağı gözlənilir. Bildirilir ki, tam ötürücülü minik avtomobili olan elektromobildə günəş batareyalarının damda və baqajda yerləşdirilməsi planlaşdırılır. Artıq “Lightyear” şirkətinin saytında “One EV” üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Nəqliyyat vasitəsinin qiyməti 119 min avro və ya 137 min dollar təşkil edir.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










