Havanı təmizləmək üçün nəhəng tozsoran hazırlandı – FOTO

Niderlanddan olan mühəndislər maraqlı və bir o qədər faydalı işə imza atıblar. Belə ki, onlar hər gün çoxlu sayda toksik maddələrlə zəhərlənən havanı təmizləmək üçün yeni cihaz icad ediblər.
Avtosfer.az technote.az-a istinadən xəbər verir ki, bu cihazın işləmə prinsipi isə evlərimizdə gündəlik istifadə olunan tozsoranlarla eyni funksiya daşıyır. Yəni havada olan zərərli maddələri udaraq havanın daha təmiz olmasına şərait yaradır. Cihaz 0.3 km radiusda yerləşən çirkli havanı çirkabdan təmizləyir.
Bildiyiniz kimi, böyük meqapolislərdə havanın çirklənməsi əsas qlobal problemlərdən biridir. Havada olan balaca bərk hissəciklər insanlarda onkoloji, respirator, ürək-damar xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Hətta rəsmi məlumatlarda 2012-ci ildə 3.7 milyon insanın bu səbəbdən həyatını itirdiyi haqda məlumat verilir.
Hal-hazırda ərazinin, xüsusən də bağlı məkanların havasını təmiz saxlamaq üçün müxtəlif vasitələr mövcuddur. Bunlara elektron filtrlər, siklonlar və s. aiddir. Amma bu mənada holland alimlərin etdiyi daha vacib xarakter daşıyır. Bu cihazı hətta evlərin damlarında da quraşdırmaq mümkün olacaq.
İxtiraçılar öz cihazlarını "nəhəng xarici tozsoran" adlandırırlar. Xarici quruluşuna görə 8 metrlik polad borudan ibarət cihaz, saatda təqribən 800.000 m3 havanı təmizləyə bilir. Burada həmçinin diametri 2.5-10 mkm (mikrometr) olan hissəciklər 100%, diametri 2.5-100 nm (nanometr) olan hissəciklər 95% ultradispenserlərin köməyilə təmizlənə bilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO












