Banner

Hidrogen təyyarənin sınağı keçirilib

Texnologiya 12 Oktyabr 2016 11:34 Oxunub 1846
Hidrogen təyyarənin sınağı keçirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni təyyarələrin nə vaxt müntəzəm reyslər yerinə yetirməyə başlaması barədə məlumat verilmir

Almaniyanın "H2Fly" şirkətinin hidrogen yanacaq elementləri ilə işləyən dördnəfərlik perspektivli "HY4" təyyarəsinin ilk uğurlu sınağı keçirilib. Təyyarənin bazasında 19 nəfərlik daha böyük hidrogen sərnişin təyyarəsinin yaradılması planlaşdırılır.

Avtosfer.az xəbər verir ki, bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, bu gün Avropada məqsədi ekoloji təmiz və ucuz avtomobil, qatar, təyyarə və vertolyot nəqliyyatının yaradılması olan bir neçə proqram fəaliyyət göstərir. Mütəxəssislər aviasiyada elektrik mühərrikləri hidrogen yanacaq elementləri və ya akkumulyatorla təmin edilən elektrik təyyarə və vertolyotları daha çox perspektivli istiqamətlər hesab edirlər.

Yeni hidrogen "HY4" Sloveniyanın "Pipistrel Taurus Electro G4" elektrik təyyarəsi bazasında ərsəyə gətirilib. Bu uçan aparat iki füzelyaj və bir elektrik mühərriki arasında dartıcı hava vinti sxemi üzrə yaradılıb. Elektrik mühərrikinin gücü 80 kilovat təşkil edir. Hər füzelyajın burun hissəsində ikinəfərlik kabinə yerləşir.

"H2Fly" Sloveniya təyyarəsini təzyiq altında aşağı temperaturlu yanacaq özəkli hidrogenin və 45 kilovat tutumlu litium-polimer akkumulyator batareyasının saxlandığı əlavə iki bakla təchiz edib. Təyyarədə hidrogen yanacaq elementi bort sistemlərini, elektrik mühərriki enerji ilə təchiz edən və akkumulyatorları enerji ilə dolduran elektrik enerjisini hasil edir.

Çəkisi 170 kiloqrama bərabər hidrogen bakları təzyiq altında 9 kiloqram hidrogenlə doldurmaq mümkündür. Hidrogen yanacaq elementinin çəkisi 100 kq, akkumulyator batareyasının 135 kq təşkil edir. Boş "HY4" təyyarəsinin çəkisi isə 1,5 tondur. Təyyarə saatda 200 km-dək sürət toplayır və 1500 km-dək məsafədə uçuşlar yerinə yetirə bilir.

Almaniya istehsalçısı yeni hidrogen təyyarələrdən ölkə daxilində yaşayış məntəqələri arasında sərnişinlərin sürətli daşınması üçün istifadə etməyi nəzərdə tutur. Yeni təyyarələrin nə vaxt müntəzəm reyslər yerinə yetirməyə başlaması barədə məlumat verilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh