İlk elektrobuslar istifadəyə verilir

Praqa Nəqliyyat Müəssisəsi oktyabrın 15-dən etibarən Palmovka-Letnyana marşrutu üzrə elektrobusların hərəkətini sınaqdan keçirməyə başlayıb. Testləşdirmənin məhz həmin tarixdə başlanması rəmzi məna daşıyır: 45 il bundan əvvəl oktyabrın 15-də Çexiya paytaxtında trolleybusların hərəkəti dayandırılıb. Sınaqlar bir neçə həftə davam edəcək. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, arzu edən hər kəs yeni nəqliyyat növünü bir kilometrlik bu trasda sınaqdan keçirə bilər. Sonuncu dayanacaq sayılan Palmovkada elektrobusun enerji qidalandırılması yerinə yetirilir. Praqa Nəqliyyat Müəssisəsi elektrobusları bundan əvvəl bir dəfə də test sınağından keçirib. Lakin o vaxt belə maşınların enerji qidalandırılması üçün tramvayların kontakt naqillərindən istifadə edilməsindən söhbət gedirdi.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











