İlk pilotsuz yük maşını təqdim olunacaq

"Tesla" şirkətinin ilk pilotsuz idarə olunan yük maşınının təqdimatı oktyabrın 26-na nəzərdə tutulub. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Tesla" korporasiyasının rəhbəri İlan Mask özünün "Twitter" səhifəsində bildirib. "Tesla" yük maşınının təqdimatı və test sürüşü ilkin olaraq Kaliforniya ştatının Hotorn şəhərində oktyabrın 26-na planlaşdırılıb. Bu vəhşini şəxsən görməyə dəyər. Bu, reallıqdan kənardır", - deyə Maks yazıb. KİV-ə artıq yeni yük maşınının bəzi xüsusiyyətləri sızdırılıb. Maskın şirkəti tərəfindən tərtib edilən yük maşını əlavə enerji doldurulması ehtiyac olmadan 480 kilometr məsafəni gedə biləcək. Xatırladaq ki, 400 metr məsafədə "Tesla Model X" elektrokarı "Lamborghini Aventador SV" yarış maşınını geridə qoya bilib. O, bu seriyadan olan krossoverlər arasında dünya rekorduna imza atıb.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










