İlk plastik yollar inşa olunacaq

Gələn ilin sonuna qədər Hollandiyada ilk plastik yolların inşası planlaşdırılır. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Qərbin sahə KİV-ləri məlumat yayıb. Bu layihənin həyata keçirilməsi KWS, “Wavin” və “Total” şirkətləri arasında imzalanan müqavilə sayəsində baş tutacaq. Söz düşmüşkən, plastik yollar konsepsiyası ötən il KWS şirkətinin mühəndisləri tərəfindən tərtib edilib. Bu layihə avtomobil yollarının inşası üçün emal olunmuş məmulatlardan xüsusi modulların hazırlanmasını nəzərdə tutur. Bu modullar asfalta analoji olan yüklənməyə dözmək iqtidarındadır. Ancaq asfalta nisbətdə bir çox üstünlüklərə malikdir.
Misal üçün, yüngül çəkisi sayəsində onları daşımaq, bir-biri ilə birləşdirmək və lazımi vəziyyətdə uyğunlaşdırmaq çox asandır. Yolun altındakı torpaq isə daha az çökür.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












