İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq – VİDEO

Fransanın “NAVYA” şirkəti ilk sürücüsüz “ARMA” elektrik mikroavtobusu üçün sifarişlərin qəbuluna başlayıb. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, “lidar” optik ötürücüləri, hərəkət ötürücüləri, “GPS” naviqasiya sistemi və kameralarla təchiz edilən elektroavtobus yolda hərəkət edərək digər avtomobilləri, ağac və piyadalar üçün yol nişanlarını fərqləndirə bilir. Yeni nəqliyyat vasitəsinin sürəti aşağı olsa da, ondan taksi kimi istifadə etmək mümkündür.
Məlumata görə, “ARMA” artıq Fransa Atom Elektrik Stansiyasının əməkdaşlarını bir dəfəyə 15 sərnişin olmaqla təyinat yerinə çatdırmağa başlayıb.
Qeyd olunur ki, mikroavtobus dizellə işləyən digər analoqlarından daha qənaətcildir. Çünki elektroavtobusa texniki xidmət üçün az vəsait tələb olunur, həmçinin elektrik enerjisi benzin və ya solyar yağından ucuzdur, işə sürücü götürməyə isə ehtiyac yoxdur.
Elektroavtobusun qiyməti açıqlanmasa da, nəqliyyat vasitəsinin təkcə AES əməkdaşları üçün deyil, hamıya gərəkli olacağı bildirilir.
Şirkətin məlumatına görə, yaxın vaxtlarda yığılmasına başlanılacaq avtobusların tədarükləri bu ilin üçüncü rübünə planlaşdırılır.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












