İlk üzən elektrostansiya istifadəyə verilib - VİDEO
Texnologiya
21 Oktyabr 2017 08:12

30 meqavat gücündə stansiya sahildən 25 km məsafədə enerji hasilinə başlayıb
Norveçin “Statoil” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri Şotlandiyanın Aberdinşir vilayəti sahilində “Hywind” adlanan dünyanın ilk üzən elektrostansiyasını istifadəyə veriblər. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, layihə saytında verilən məlumata görə, 30 meqavat gücündə stansiya sahildən 25 km məsafədə enerji hasilinə və Piterhed şəhərinin enerji ilə təchizatına başlayıb. Üzən stansiyanın ümumilikdə 20 min ev təsərrüfatının tələbatını ödəyəcəyi nəzərdə tutulur.
Bildirilir ki, turbinlərin dəniz səthindən pərin sonluğunadək hündürlüyü 175 metr təşkil edir. Külək mühərrikləri suyun 78 metr dərinliyində yerləşib və dəniz dibinə bərkidilib. O, ballast kimi uzadılmış dəmir filiz üzücü nişanına bənzəyir. Dibdə generatorlar üç elastik buraza bağlanıb. Beş generatordan ibarət stansiya konstruksiyasının ümumi çəkisi 60 tondan çoxdur.
Sahilboyu və dəniz əraziləri külək elektrostansiyalarının ucaldılması üçün cəlbedici yerlər hesab olunur. Buna səbəb isə belə yerlərdə böyük gücə malik hava axınlarının yaranmasıdır. Lakin mövcud texnologiyalar generatorların sahildən uzaqda qurulmasına imkan vermir.
“Hywind” şirkətinin sınaqdan keçirdiyi texnologiyanın maksimal dərinliyi hazırkı 60 metrdən 800 metrədək artıracağı gözlənilir.
Xüsusi proqram təminatı yırğalanma və küləyin gücündən asılı olaraq pər vintlərinin əyilmə bucağını dəyişir. Perspektivdə stansiyanın istehlakın pik həddə çatması zamanı enerji toplaya biləcək litium-ion akkumulyator batareyası ilə təchiz ediləcəyi qeyd olunur.
Oxunub : 2003
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 18:15
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
30 Sentyabr 2026 19:39
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
21 Sentyabr 2026 13:18
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
20 Sentyabr 2026 17:53
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
9 Sentyabr 2026 22:14
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
3 Sentyabr 2026 20:30
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
24 İyul 2026 17:39
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
21 İyun 2026 09:42
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
18 İyun 2026 12:30
Qəbul imtahanına görə “Telegram” bloklandı
14 İyun 2026 18:10
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
31 May 2026 15:28
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
28 Aprel 2026 23:24
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
ŞƏRH YAZ












